Azərbaycanda şantajla məşğul olan İran vətəndaşı həbs edilib

Azərbaycanda şantajla məşğul olan İran vətəndaşı həbs edilib
# 31 mart 2012 10:23 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanda şantajla məşğul olan İran vətəndaşı həbs edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu rayonu ərazisində yaşayan İran vətəndaşı Shahi Cafarlou Davod qəsəbə sakini olan qadınla intim əlaqədə olduğu barədə görüntüləri internetdə nümayiş etdirəcəyi və barəsində rüsvayedici məlumatları yayacağı hədəsi ilə mənzilini, eləcə də "Hyundai Tucson" markalı avtomaşınını ona verməsini tələb etdiyinə görə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR