Azərbaycanın ədliyyə naziri "İkinci Peterburq Beynəlxalq Hüquq Forumu"nda iştirak edib

Azərbaycanın ədliyyə naziri "İkinci Peterburq Beynəlxalq Hüquq Forumu"nda iştirak edib
# 22 may 2012 07:27 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "İkinci Peterburq Beynəlxalq Hüquq Forumu"nda iştirak edib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, forumu giriş nitqi ilə açan Rusiyanın baş naziri Dmitri Medvedev onun əsas plenar sessiyasına sədrlik edib. Sonra tədbir dəyirmi masalarda öz işini davam etdirib.

Müzakirələr zamanı məhkəmə sistemlərinin müasirləşdirilməsi və islahatı, məhkəmə qərarlarının icrası, notariat institutunun inkişafı, korrupsiyaya qarşı beynəlxalq-hüquqi mexanizmlər kimi aktual məsələlər üzrə təcrübə mübadiləsi aparılıb. Fikrət Məmmədov ədliyyə və məhkəmə sistemlərinin müasirləşdirilməsinə həsr olunan dəyirmi masada iştirak edib. Forum çərçivəsində həmçinin, Rusiya, Ukrayna, Böyük Britaniya, Slovakiya, Mərakeşin ədliyyə nazirləri, habelə beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR