Vaqif Əsədov: “Yük maşınlarının Bakıya girişinə qoyulmuş qadağa hələlik götürülməyib”

Vaqif Əsədov: “Yük maşınlarının Bakıya girişinə qoyulmuş qadağa hələlik götürülməyib”
# 29 may 2012 08:44 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. “Yol polisi Bakıda gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir”. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. O, qeyd edib ki, yük maşınlarının Bakıya girişinə qoyulmuş qadağa hələlik götürülməyib: “Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir və bu proses iyunun 1-ə kimi davam edəcək”.

V. Əsədov, Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirildiyi dövrdə yollarda tıxac probleminin olmamasına da münasibət bildirib: “Mahnı müsabiqəsinin keçirildiyi dövrdə Bakıda 700-dən çox yol polisi xidmətə cəlb edilmişdi. Yol polisi bütün yollarda sürücülərə nəzarət edirdi. Hər kəs də gördü ki, həmin dövrdə tıxac problemi yaşanmadı. Deməli, hər şey öz əlimizdədir və bu problemi həll etmək mümkündür. Bütün sürücüləri də nəzarətdə saxlamaq olmur. Sürücüləri nəzarətsiz buraxan kimi tıxac problemi yenidən yaranır. Ona görə də sürücüləri yol hərəkəti qaydalarına riayət etməyə çağırıram. Hər kəs buna əməl etsə, tıxac problemi də olmaz”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR