Qubada minik maşını çaya düşüb, xəsarət alanlar var

Qubada minik maşını çaya düşüb, xəsarət alanlar var
# 01 iyun 2012 07:05 (UTC +04:00)
Quba. Vəli Turan – APA. Qubada minik maşını çaya düşüb, xəsarət alanlar var. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə iyunun 1-i gecə saat 02:00 radələrində baş verib. Qusar rayon sakini, 1988-ci il təvəllüdlü Renat Zeynalovun idarə etdiyi 10 TP 589 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə idarəetməni itirərək Qaraçayın üzərindəki körpü dairəsindən çaya düşüb. Nəticədə avtomobildə olan sərnişin Qusar rayon sakini, 1991-ci il təvəllüdlü Qafar İbrahimov və sürücü Renat Zeynalov müxtəlif dərəcəli bədən xəsarəti alaraq Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR