Bakıda baş verən yol qəzasında 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Bakıda baş verən yol qəzasında 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb
# 01 iyun 2012 08:24 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Hadisə mayın 31-i saat 16:30 radələrində Binəqədi şosesində qeydə alınıb. Asim Ağayevin idarə etdiyi «Mercedes» markalı avtomobillə Emin Məmmədovun idarə etdiyi «VaZ 2107» markalı avtomobil toqquşub. Nəticədə E. Məmmədovun sərnişinlərindən Nicat Əsədov hadisə yerində ölüb, Elvin Quliyev, digər avtomobilin sürücüsü və sərnişinləri – Kəmalə Ağayeva, Gülər Babayeva və Şövkət Ağayeva xəstəxanaya yerləşdiriliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR