Şəkidə bıçaqlanma hadisəsi baş verib

Şəkidə bıçaqlanma hadisəsi baş verib
# 01 iyun 2012 09:28 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Şəki şəhər sakini həmyerlisini bıçaqlayıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər-rayon Polis Şöbəsinin (ŞRPŞ) əməliyyat işləri üzrə rəis müavini Şaiq Əliyev məlumat verib.

Onun sözlərinə görə, Şəki şəhəri Fətəlixan Xoyski küçəsi, ev 69-da yaşayan 1978-ci il təvəllüdlü, Səfərov Pərviz Raqif oğlu döş qəfəsinin və aşağı ətraflarının kəsilmiş və deşilmiş yaraları ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasına (MŞX) daxil olub. Şəki ŞRPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, Pərviz Səfərova müxtəlif dərəcəli ağır bədən xəsarətləri yetirən onunla eyni küçədə yaşayan, 1988-ci il təvəllüdlü Muxtarov Yaqub Allahverdi oğludur. Yaqub Muxtarov şəhər ərazisində saxlanılaraq istintaqa təhvil edilib. İlkin araşdırma zamanı hadisənin şəxsi münaqişə zəminində baş verdiyi müəyyənləşib. Faktla bağlı Şəki ŞRPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR