Şəkidə 11 yaşlı şagirdi maşın vurub

Şəkidə 11 yaşlı şagirdi maşın vurub
# 01 iyun 2012 09:31 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Şəkidə şəhərində 11 yaşlı şagirdi maşın vurub. Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki regional məntəqəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün Şəki şəhərində qeydə alınıb. Hadisə 2001-ci il təvəllüdlü, Şəki şəhər sakini Mirzəyeva Mələhət Mehman qızı məktəbdən evə qayıdarkən baş verib. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 11 yaşlı qız Şəki Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Şəki rayon-şəhər Polis Şöbəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR