Azərbaycanda bir gündə baş verən 19 yol qəzasında 8 nəfər ölüb

Azərbaycanda bir gündə baş verən 19 yol qəzasında 8 nəfər ölüb
# 02 iyun 2012 07:14 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İyunun 1-də Azərbaycan ərazisində 19 yol qəzası baş verib. Respublika Baş Dövlət Yol Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəzalar nəticəsində 8 nəfər ölüb, 16 nəfər yaralanıb. Ölümlə nəticələnən yol qəzalarından 3 paytaxta Bakıda, digərləri isə regionlarda qeydə alınıb.

Belə ki, Bakının Xətai rayonunda “Volkswagen Passat” markalı, 99 BB 605 dövlət nömrə nişanlı avtomobil yoldan keçən piyadanı vurub. Piyada hadisə yerində ölüb.

Xəzər rayonunda “Mercedes” markalı, 90 DN 982 dövlət nömrə nişanlı avtomobillə “Mercedes” markalı, 90 NS 507 markalı maşın toqquşub. Nəticədə bir nəfər ölüb.

Ölümlə nəticələnən digər yol qəzası isə Yasamal rayonunda qeydə alınıb. “Mercedes” markalı, CS 723 ATR 12 dövlət nömrə nişanlı avtomobil piyadanı vurub. Nəticədə piyada ölüb.

Hər bir faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR