Goranboy və Zərdab rayonlarında 8 tondan çox çətənə kolu məhv edilib

Goranboy və Zərdab rayonlarında 8 tondan çox çətənə kolu məhv edilib
# 02 iyun 2012 09:38 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Goranboy və Zərdab rayonlarında 8 tondan çox çətənə kolu məhv edilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində yabanı halda bitmiş ümumi çəkisi 6 ton 834 kiloqram olan 9 min 342 ədəd çətənə kolu yığılaraq məhv edilib.

Zərdab Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində yabanı halda bitmiş ümumi çəkisi 1 ton 275 kiloqram olan 13 min 430 ədəd çətənə kolu yığılaraq məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR