Daxili İşlər Nazirliyi Hacıqabulda baş vermiş ağır yol qəzası barədə məlumat yayıb

Daxili İşlər Nazirliyi Hacıqabulda baş vermiş ağır yol qəzası barədə məlumat yayıb
# 02 iyun 2012 09:50 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Daxili İşlər Nazirliyi iyunun 1-də saat 10:30 radələrində Hacıqabul rayonu ərazisində baş vermiş yol qəzası barədə məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən məlumatına görə, Bakı şəhər sakinləri Qulu Hüseynovun idarə etdiyi "Mercedes" və Zamir Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub. Nəticədə Z. Hüseynovun sərnişinləri - oğlu 6 yaşlı Zakir və anası Zəminə hadisə yerində ölüb, xəsarət almış arvadı Şəhla, habelə Q. Hüseynovun sərnişini - arvadı Gülzar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR