Göyçayda maşın 54 yaşlı kişini vuraraq öldürüb

Göyçayda maşın 54 yaşlı kişini vuraraq öldürüb
# 02 iyun 2012 16:18 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Qaraməryəm-Müsüslü avtomobil yolunun 5-ci kilometrliyində, Aşağı Qaraməryəm kəndi ərazisində qeydə alınıb. Şahsoltanlı kənd sakini, 1979-cu il təvəllüdlü İsmayılov Elçin Sabir oğlu idarə etdiyi 10-UC-273 dövlət nömrə nişanlı «VAZ-2106» markalı maşınla yolu keçən piyadanı - Aşağı Qaraməryəm kənd sakini, 1958-ci il təvəllüdlü Həsənov Adil Müslüm oğlunu vurub. Hadisə nəticəsində A.Həsənov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR