Goranboy rayon sakini əmisi oğlunu qətlə yetirib

Goranboy rayon sakini əmisi oğlunu qətlə yetirib
# 04 iyun 2012 06:53 (UTC +04:00)
Bu barədə APA-ya rayon Prokurorluğundan bildirilib. Hadisə ötən gecə rayonun Ağamalıoğlu kəndində qeydə alınıb. Kənd sakini, 21 yaşlı Ağasəlim Salmanov münaqişə zəminində əmisi oğlu, 27 yaşlı Arif Salmanovu bıçaqlayaraq qətlə yetirib.

Baş vermiş hadisə ilə bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR