Azərbaycan paytaxtında 3 nəfər özünü öldürüb

Azərbaycan paytaxtında 3 nəfər özünü öldürüb
# 04 iyun 2012 07:13 (UTC +04:00)
Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Nardaran qəsəbə sakini, 27 yaşlı Zaur Əliyev yaşadığı ünvanda özünü asıb.

Digər hadisə Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 27 yaşlı Elvin Mustafayev yaşadığı ünvanda özünü asaraq öldürüb.

Daha bir intihar hadisəsi Bakının Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini, 70 yaşlı Gülər Gülmalıyeva yaşadığı evin həyətində ağacdan özünü asıb.

Hər üç faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR