Qusarda 18 yaşlı oğlan naməlum şəraitdə qətlə yetirilib

Qusarda 18 yaşlı oğlan naməlum şəraitdə qətlə yetirilib
# 04 iyun 2012 08:45 (UTC +04:00)
Qusar. Vəli Turan – APA. Qusar rayonunda qətl hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonu Yasaboba kənd sakini, 1994-cü il təvəllüdlü İlyasov Minhac Sofi oğlu naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə aparılıb.
Faktla bağlı Qusar rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR