Ədliyyə orqanlarında işləmək istəyənlər üçün sənəd qəbulu başa çatıb

Ədliyyə orqanlarında işləmək istəyənlər üçün sənəd qəbulu başa çatıb
# 04 iyun 2012 14:11 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinə qulluğa qəbulla bağlı sənəd qəbulu bu gün başa çatıb. Bu barədə APA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, müsabiqədə iştirak proseduru sadələşdirilib və birinci mərhələdə – test imtahanında iştirak etmək üçün yalnız müvafiq ərizə ilə müraciət etmək kifayətdir. Ərizənin formasını Ədliyyə Nazirliyindən və ya nazirliyin internet səhifəsindən götürmək olar. Test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.
Qeyd olunub ki, nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində vakant vəzifələrdə işləmək üçün artıq 300 nəfərdən çox şəxs müraciət edib. Müsabiqənin test imtahanı iyunun 9-da aşkarlıq şəraitində bütün namizədlər üçün vahid auditoriyada – Azərbaycan Texniki Universitetinin idman sarayında, Bakı şəhəri, Ayna Sultanova küçəsi 5 ünvanında keçiriləcək.
Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni iyun ayının 7-dən etibarən şəxsiyyət vəsiqəsini təqdim etməklə səhər saat 09-dan axşam saat 18-dək Ədliyyə Nazirliyinin inzibati binasında götürməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR