Ombudsman Aparatının əməkdaşları 13 saylı cəzaçəkmə müəssisəsinə uzunmüddətli başçəkmə həyata keçiriblər

Ombudsman Aparatının əməkdaşları 13 saylı cəzaçəkmə müəssisəsinə uzunmüddətli başçəkmə həyata keçiriblər
# 04 iyun 2012 15:35 (UTC +04:00)
Bakı-APA. İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın MPM qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsinə növbəti uzunmüddətli (ikigünlük) başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müəssisə rəhbərliyi tərəfindən bu qrupun fəaliyyəti üçün lazımi şərait yaradılıb. Başçəkmə zamanı müəssisənin bütün obyektlərinə baxış keçirilib, saxlanılma şəraiti və məhkumlara qarşı rəftar araşdırılıb.
Qeyd olunub ki, MPM qrupunun həmin müəssisəyə ötən ilin dekabrında keçirdiyi başçəkmə zamanı verilmiş bir sıra tövsiyələr də nəzərə alınaraq, Ədliyyə Nazirliyinin tapşırığı ilə müəssisədə xeyli işlər görülüb, bu da müsbət qiymətləndirilib.
Müəssisədə təklikdə qəbul edilmiş 60-dək məhkum, o cümlədən cərimə təcridxanasında olan 13 məhkum saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyib. Həmin şəxslərin bəziləri barələrində çıxarılmış məhkəmə hökmlərindən narazılığını bildiriblər.
Eyni zamanda araşdırma aparılarkən cərimə təcridxanasının iki kamerasında təmir aparılmasına ehtiyac olduğu müəyyənləşdirilib və Ombudsman bu barədə Ədliyyə Nazirliyinə müraciət ünvanlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR