Kafedə atışma olub

Kafedə atışma olub
# 05 iyun 2012 07:04 (UTC +04:00)
Bu barədə APA-ya Xəzər rayon Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə Türkan qəsəbəsində yerləşən “Eldar” kafesində qeydə alınıb. Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Daşqın Nəsirov mübahisə zəminində, tanışı, 1971-ci il təvəllüdlü Faiq Məmmədova “Vinçester” markalı silahdan atəş açıb. Nəticədə iki güllə yarası alan F. Məmmədov xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən D. Nəsirov saxlanılıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR