Azərbaycanın daxili işlər naziri Ramil Usubov Türkiyədə səfərdədir

Azərbaycanın daxili işlər naziri Ramil Usubov Türkiyədə səfərdədir
# 05 iyun 2012 11:49 (UTC +04:00)
Ramil Usubov Ankarada Türkiyənin daxili işlər naziri İdris Naim Şahinlə görüşüb. APA-nın «Anadolu» agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə Daxili İşlər Nazirliyində rəsmi qarşılanmadan sonra nazirlər birgə açıqlama ilə çıxış ediblər. İ.N. Şahin bu ilin fevral ayında Azərbaycana səfərini xatırladıb. Azərbaycandakı önəmli görüşlərdən sonra R. Usubovun Türkiyə səfərinin əhəmiyyət kəsb etdiyini bildirib.

R. Usubov isə müstəqillik dövründə Azərbaycanın ən yaxın əlaqələr qurduğu ölkənin Türkiyə olduğunu deyib: «Biz bir millət, iki dövlətik. Mədəniyyət, tarix, din və dil ortaqlığı bizi bir birimizə bağlayır».

Nazirlərin görüşü mətbuata qapalı keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR