Masallıda 14 yaşlı qız bədbəxt hadisədən ölüb

Masallıda 14 yaşlı qız bədbəxt hadisədən ölüb
# 05 iyun 2012 11:52 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Azərbaycanın Masallı rayonunda bədbəxt hadisə baş verib. Rayon Prokurorluğundan APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında rayonun Xoşçobanlı kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Kəmalə Səhhət qızı Zərbalıyeva həyətyanı sahədə su motoru ilə gülləri suvararkən ehtiyatsızlıqdan elektrik cərəyanının vurması nəticəsində dünyasını dəyişib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR