İş adamını qətlə yetirməkdə təqsirli bilinən deputatlığa keçmiş namizədin məhkəməsi davam etdirilib

İş adamını qətlə yetirməkdə təqsirli bilinən deputatlığa keçmiş namizədin məhkəməsi davam etdirilib
# 05 iyun 2012 12:00 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirli bilinən deputatlığa keçmiş namizəd Nadir Orucovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. APA-nın məlumatına görə, prosesdə N. Orucovun vəkili Polad Məhərrəmli çıxış edərək, müdafiə etdiyi şəxsin barəsində tibbi ekspertizanın təyin olunması barədə vəsatət verib. O, bildirib ki, N. Orucov bir sıra xəstəliklərdən əziyyət çəkir. Hakimlər vəsatəti müzakirə etmək üçün prosesi iyunun 12-dək təxirə salıblar.

Xatırladaq ki, ötən il iyunun 8-də Nəsimi rayonu Hüseyn Seyidzadə, 2A ünvanında deputatlığa keçmiş namizəd Nadir Orucov münaqişə zəminində tanışı Rövşən Rüstəmovu güllələyib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I seçki dairələrindən deputatlığa namizəd olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR