VHP Abşeron rayon təşkilatının sədri həbs edilib

VHP Abşeron rayon təşkilatının sədri həbs edilib
# 05 iyun 2012 13:20 (UTC +04:00)
VHP-dən APA-ya verilən məlumata görə, Abşeron rayon təşkilatının sədri, Masazır bələdiyyəsinin üzvü Niyaz Qubadov iyunun 3-də axşam saatlarında saxlanılıb. Abşeron rayon Polis İdarəsinin əməkdaşları N. Qubadovun evində axtarış aparıblar. Buna etiraz edən N. Qubadov polislərdən axtarış ordenini göstərmələrini tələb edib və onların arasında mübahisə düşüb. Nəticədə N. Qubadov polisə müqavimət ittihamı ilə saxlanılaraq idarəyə aparılıb. Bazar günü gecə saat 22:00 radələrində Abşeron rayon Məhkəməsi N. Qubadovu polisə müqavimət göstərməsi ittihamı ilə 10 sutka cəzaya məhkum edib.

VHP-nin Siyasi Şurası N. Qubadovun həbs olunması ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, N. Qubadovun həbsi qeyri-qanunidir.

Abşeron Rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, N. Qubadov polisə müqavimət göstərdiyi üçün inzibati qaydada 10 günlük həbsə məhkum edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR