Daxili İşlər Nazirliyi “Parlayan Günəş” nəşriyyatının əməkdaşlarının saxlanılması faktını təsdiqləyib
05 iyun 2012 15:38 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi “Parlayan Günəş” nəşriyyatının əməkdaşları Nurman Şahmərdanlı, Qabil Şahmərdanov, İsmayıl Süleymanov və Rizvan İsmayılovun tutulması faktını təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli bilinərək Nizami Rayon Məhkəməsinin qərarı ilə 5 sutkalıq inzibati həbs cəzası alıblar.
İnzibati qaydada cəzalandırılan şəxslərin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanmasına gəldikdə isə O. Mansurzadə bildirib ki, burada qeyri-adi bir şey yoxdur: “Bu, daxil olmuş əməliyyat məlumatlarının yoxlanması məqsədi daşıyır. Onların Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanmasında qeyri-adi heç bir şey yoxdur. Bu məsələnin ətrafında hər hansı süni ajiotaj yaratmağa və yaxud yersiz səs-küy qaldırmağa heç bir ehtiyac yoxdur”.

Hadisə
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub
19:57
8 sentyabr 2024
Cəlilabadda yanan evdən xilas edilən azyaşlının vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB-2
18:23
8 sentyabr 2024
Oğuzda qəzada 1 nəfər ölüb, bir ailənin 4 üzvü xəsarət alıb - VİDEO - YENİLƏNİB
17:56
8 sentyabr 2024
Ağstafada üzüm yığan ər və arvad faciəvi şəkildə ölüb - FOTO - YENİLƏNİB
13:42
8 sentyabr 2024