ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 05 iyun 2012 15:53 (UTC +04:00)
Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, Hillari Klintonun səfəri ilə əlaqədar Bakıda dövlət tədbirlərinin keçiriləcəyi ünvanlar istiqamətində yol hərəkəti üzrə təhlükəsizliyin təmin edilməsi məqsədilə sabah saat 12:00-dan tədbirlər başa çatanadək Hava Limanından şəhər istiqamətinə, Yusif Səfərov küçəsindən keçməklə, Puşkin, Üzeyir Hacıbəyov, Azadlıq, Zərifə Əliyeva, Rəsul Rza, Neftçilər, “Azneft” dairəsi, Niyazi, həmçinin Rəşid Behbudov, F. Xoyski, Koroğlu Rəhimov və digər küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR