Şirvanda oğurluqla məşğul olan şəxslər tutulub

Şirvanda oğurluqla məşğul olan şəxslər tutulub
# 06 iyun 2012 06:44 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan şəhərində müxtəlif vaxtlarda vətəndaşları qarət edərək nəğd pullarını oğurlamış şəxslər yaxalanıb. Şirvan şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, şəhər sakini Rövşən Kərimovun müvəqqəti yaşadığı Xanlar küçəsi -73 a-da yerləşən mənzilindən naməlum şəxslər dəmir seyfi sındıraraq 13 min manat və 5 min ABŞ dolları oğurlayıblar. Şirvan Polis Şöbəsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin oğurluğu etmiş şəxs 1985-ci il təvəllüdlü Nağıyev Əliağa Loğman oğlu həbs edilərək istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Digər oğurluq hadisəsi zamanı Şirvan şəhəri Z.Tağıyev küçəsində yerləşən “Şirazi- Meyxana” kafesində Babayeva Şərqiyyə Zakir qızına məxsus çantadan 1500 manat oğurlanıb. Əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Şirvan sakinləri Səmədov Əli Mais oğlu və Kərimov Maqsud Arif oğlu adı çəkilən kafedə yemək yeyəndən sonra əlini yumaq bəhanəsi ilə kafenin mətbəxinə keçib və Ş. Babayevaya məxsus çantadan 1500 manatı götürərək aradan çıxıb. Hər iki şəxs şübhəli şəxs qismində saxlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR