Bakıda intihar hadisələri baş verib

Bakıda intihar hadisələri baş verib
# 06 iyun 2012 07:23 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda intihar hadisələri baş verib. Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun NZS qəsəbəsi, Yavər Səfərov küçəsi, ev 25-də yaşayan, 49 yaşlı Elçin Kərimov yaşadığı ünvanda özünü asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil.

Digər hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 62 yaşlı Xanulla Əzimov yaşadığı evdə özünü asıb.

Daha bir hadisə isə Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib. Qəsəbə sakini, 19 yaşlı Elvin Yusifov siçan zəhəri içərək intihar edib.

Hər üç faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR