Gəncədə ev yanıb, 2 uşaq xəsarət alıb

Gəncədə ev yanıb, 2 uşaq xəsarət alıb
# 06 iyun 2012 09:15 (UTC +04:00)
Bakı-APA. Gəncə şəhərində evdə yanğın baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə iyunun 5-də saat 13.10 radələrində Gəncə şəhərinin Türklər qəsəbə sakini Qoşqar Əhmədova məxsus evdə qeydə alınıb. Nəticədə evin tavanının yanar konstruksiyaları yanıb, Q. Əhmədovun iki azyaşlı uşağı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR