Balakəndə həyətyanı sahədə küllü miqdarda narkotik tərkibli bitki məhv edilib

Balakəndə həyətyanı sahədə küllü miqdarda narkotik tərkibli bitki məhv edilib
# 06 iyun 2012 09:18 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Balakən rayonunda həyətyanı sahədə küllü miqdarda narkotik tərkibli bitki məhv edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, Balakən RPŞ-nin və Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional bölməsinin əməkdaşları Balakən rayon ərazisində narkotik tərkibli bitkilərin yerinin aşkar edilərək məhv edilməsi istiqamətində “Xaş-xaş-2012” şərti adı altında əməliyyat tədbiri keçirib. Keçirilmiş tədbir nəticəsində rayonun Meşə Şanbul kənd sakini Ömərov Hacımahuma Şaban oğlunun Balakən RPŞ-ə yazdığı ərizəyə əsasən, onun uzun müddət Rusiyada yaşayan qohumu Qusumov Ömər Tacəddin oğlunun həyətyanı sahəsinə baxış keçirilib. Tədbir nəticəsində sahədə aqrotexniki qaydada qulluq edilməyən, yabanı halda bitmiş 210 ədəd, hündürlüyü 50 sm-dən 1 metrə qədər, ümumi çəkisi 160 kq narkotik tərkibli bitki hesab edilən çətənə kolu yığılaraq yandırılma yolu ilə məhv edilib. Rayon ərazisində narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin aşkar edilərək məhv edilməsi istiqamətində əməliyyat tədbirləri davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR