Prokuror Əvəz Zeynallının cinayət işi üzrə ittiham aktını elan edib

Prokuror Əvəz Zeynallının cinayət işi üzrə ittiham aktını elan edib
# 06 iyun 2012 14:07 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində olan cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb. APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Ə. Zeynallı cinayət işində olan bəzi sübutların sübutlar siyahısından çıxarılması, şahid ifadələrinin saxta hesab olunması barədə vəsatətlər verib. Hakim R. Allahverdiyeva isə bildirib ki, bütün məsələlər məhkəmə araşdırması zamanı qiymət veriləcək. Daha sonra prosesdə dövlət ittihamçısı Ramazan Hadıyev çıxış edərək, ittiham aktını elan edib.

Prosesin növbəti baxış iclası isə iyunun 14-nə təyin edilib.

Qeyd edək ki, Ə. Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR