Zaqatala rayonunda yanğın hadisəsi baş verib

Zaqatala rayonunda yanğın hadisəsi baş verib
# 06 iyun 2012 14:45 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın Zaqatala rayonunda yanğın hadisəsi baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Yanğından Mühafizə Hissəsindən (YMH) məlumat verilib. Yanğın hadisəsi bu gün saat 15.30 radələrində rayonun Yuxarı Tala kənd sakini Mustafayev Nəriman Məmmədəli oğlunun yaşadığı evin həyətyanı sahəsində tikilmiş, ümumi sahəsi 165 kv/m olan yardımçı tikilidə baş verib. Hadisə yerinə dərhal FHN-in Zaqatala YMH-nin canlı qüvvəsi və texnikası cəlb edilib. Baş vermiş yanğın nəticəsində yardımçı tikilinin 65 kv/m sahəsindəki yanar konstruksiyalar və oraya yığılmış 2 ton quru ot kütləsi yanaraq yararsız hala düşüb. Zaqatala rayon YMH-nin əməkdaşlarının səyi nəticəsində yardımçı tikilinin 100 kv/m sahəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Yanğın nəticəsində ev sahiblərindən xəsarət alan olmayıb. Faktla bağlı FNH-in Zaqatala YMH-də araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR