Qaxda narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul Balakən rayon sakini həbs edilib

Qaxda narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul Balakən rayon sakini həbs edilib
# 06 iyun 2012 19:23 (UTC +04:00)
Qax. Vüqar Heydərov - APA. Azərbaycanın Qax rayonunda narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul Balakən rayon sakini həbs edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, Qax RPŞ-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib. Keçirilmiş tədbir nəticəsində 1994-cü il təvəllüdlü, Balakən rayonu Mahmalar kənd sakini İsmayılov Nicat Tahir oğlu Qax şəhəri ərazisində şübhəli şəxs qismində saxlanılıblar. Onun üzərinə baxış keçirilən zaman, 6 kibrit qutusunda( ümumi çəkisi 37,41 qram) narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb. Nicat İsmayılov Qax RPŞ-nin əməkdaşları tərəfindən həbs edilib. Faktla bağlı Qax RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR