Ukraynada iş adamı İqbal Mahmudovun qatilləri həbs olunub

Ukraynada iş adamı İqbal Mahmudovun qatilləri həbs olunub
# 07 iyun 2012 07:26 (UTC +04:00)
Bakı-APA. Ukrayna hüququ-mühafizə orqanları Ukrayna Azərbaycanlılar Konqresinin Donetsk vilayət şöbəsinin rəhbəri İqbal Mahmudovun qətli ilə bağlı dörd şübhəli şəxsi saxlayıblar. APA-nın məlumatına görə, Ukrayna DİN Donetsk vilayət baş İdarəsinin rəhbəri Viktor Dubovik bildirib ki, şübhəli şəxslərin ifadələri qətlin sifariş əsasında törədilməsi versiyasını təsdiqləyir: “Biz hazırda motivləri aydınlaşdırırıq. Hazırda saxlanan şəxslərin ifadələri alınır, əşyayi-dəlillər toplanır. Bu işdə cinayətin sifarişçisi və icraçıları var”. Viktor Dubovik qətlin milli ayrı-seçkilik zəminində törədildiyi versiyasını qəti şəkildə təkzib edib.

“Bizim saxladığımız qrup beynəlmiləldir. Burada Azərbaycan, Ukrayna, başqa ölkələrin vətəndaşları var. Burada milli məsələdən söhbət gedə bilməz”.

Xatırladaq ki, Ukrayna Azərbaycanlılar Konqresinin Donetsk vilayət şöbəsinin rəhbəri İqbal Mahmudov mayın 9-da öldürülüb. Həmyerlimiz maşından düşərək veteranlara doğru gedərkən iki naməlum şəxs dövlət nömrə nişanı olmayan motosikletlə ona yaxınlaşıblar. Onlardan biri motosikletdən düşərək iş adamına 5 dəfə atəş açıb. Yaralı təcili xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR