AXCP sədrinin müşavirinin vaxtından əvvəl azadlığa buraxılması barədə apellyasiya şikayəti təmin olunmayıb

AXCP sədrinin müşavirinin vaxtından əvvəl azadlığa buraxılması barədə apellyasiya şikayəti təmin olunmayıb
# 07 iyun 2012 09:01 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində İctimai Palatanın 2011-ci il aprelin 2-də keçirilən aksiyasında həbs olunan AXCP sədri Əli Kərimlinin müşaviri Sahib Kərimovun vaxtından əvvəl azadlığa buraxılması barədə verdiyi apellyasiya şikayətinə baxılıb. APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Səbayel rayon Məhkəməsinin hökmünə əsasən, Sahib Kərimov 2 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən verilən apellyasiya və kassasiya şikayətləri isə təmin olunmayıb.

S. Kərimov cəzasının ikidə bir hissəsini çəkdiyi üçün vaxtından əvvəl azadlığa buraxılması üçün Qaradağ rayon Məhkəməsinə müraciət etsə də, məhkəmə onun müraciətini təmin etməyib. Həmin qərardan isə apellyasiya şikayəti verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR