Zərdab rayon sakini oğurluq etdiyinə görə tutulub

Zərdab rayon sakini oğurluq etdiyinə görə tutulub
# 07 iyun 2012 09:09 (UTC +04:00)
Zərdab. Zahid Abışov – APA. Zərdab rayon sakini oğurluq etdiyinə görə tutulub. Zərdab rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Çallı kənd sakini Zərifə Nağıyeva evindən oğurluq edildiyinə görə, şöbəyə müraciət edib. Keçirilən əməliyyat - axtarış tədbirləri nəticəsində Zərdab rayonunun Çallı kənd sakini 1990-cı il təvəllüdlü Elçin Kərimov saxlanılıb. Dindirmələr zamanı məlum olub ki, iyunun 3 –də Elçin Kərimov içkili vəziyyətdə toydan qayıdarkən Zərifə Nağıyevə məxsus evdə heç kimin olmadığını müəyyən etdikdən sonra mənzilə daxil olub. Evdə olan paltar dolabından ev sahibinə və onun gəlininə məxsus 2000 manat dəyərində olan qızıl - zinət əşyaları götürüb. Evdən çıxarkən ev sahibəsinin səsini eşidib və qızıl - zinət əşyalarını qapının ağzına ataraq oradan qaçıb. Saxlanılan şəxs hadisəni qisas almaq məqsədi ilə törətdiyini deyib. O, bir neçə il əvvəl zərərçəkənin oğlu Elçin Kərimovun anasına bir neçə sillə vurduğunu açıqlayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR