Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub
# 07 iyun 2012 09:31 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində dələduzluqla məşğul olan Elmir Məmmədli, Ramiz Kərimov, Amid Şükürov və Surxay Abbaslının barəsində Baş Prokurorluğun verdiyi apellyasiya protesti və təqsirləndirilən şəxslərin verdikləri apellyasiya şikayətləri əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, S. Abbaslının barəsində olan hökm dəyişdirilib. Ona aid hissədə Cinayət Məcəlləsinin 70-ci maddəsi hökmdən xaric edilib. S. Abbaslı barəsində 7 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmir Məmmədli 11 il, Ramiz Kərimov 10 il, Amid Şükürov 8 il müddətinə azadlıqdan məhrum edilib. Surxay Abbaslı 5 il şərti cəza alaraq, məhkəmə zalından azadlığa buraxılıb. Həmin hökmdən prokurorluq apellyasiya protesti verərək, S. Abbaslının cəzasının artırılmasını istəyib. Digər təqsirləndirilən şəxslər isə hökmdən apellyasiya şikayəti veriblər.

Təqsirləndirilən şəxslər vətəndaşların etimadını qazanaraq, onlara torpaq satmaq adı ilə küllü miqdarda pul mənimsəyiblər. Cinayət işi üzrə 10-dan çox zərərçəkmiş kimi tanınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR