Bakı İstintaq Təcridxanasına və Müalicə Müəssisəsinə qadağan olunmuş həblərin keçirilməsi cəhdlərinin qarşısı alınıb

Bakı İstintaq Təcridxanasına və Müalicə Müəssisəsinə qadağan olunmuş həblərin keçirilməsi cəhdlərinin qarşısı alınıb
# 07 iyun 2012 12:08 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Müalicə Müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Bakı İstintaq Təcridxanasında nəzarətçi vəzifəsində qulluq edən 1980-ci il təvəllüdlü ədliyyə çavuşu Əliyev Nail Fazil oğlunun köynəyinin sağ döş cibindən 101 ədəd “Baklafin” və 10 ədəd “Baralgin” dərman həbləri aşkar edilərək götürülüb.

Penitensiar Xidmətin tabeliyindəki Müalicə Müəssisəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə müəssisənin nəzarətçisi vəzifəsində qulluq edən 1980-ci il təvəllüdlü ədliyyə baş çavuşu Pirnəzərov Ceyhun Lətif oğlunun gətirdiyi göy rəngli paketin içində sellofana bükülmüş 4 konvalyut, hər konvalyutda 14 ədəd olmaqla ümumilikdə 56 (əlli altı) ədəd “lirika” adlı həb aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR