Əvəz Zeynalının cinayət işi üzrə dövlət ittihamçısı Vüsal Orucov prokurorluq orqanlarından xaric edilib

Əvəz Zeynalının cinayət işi üzrə dövlət ittihamçısı Vüsal Orucov prokurorluq orqanlarından xaric edilib
# 07 iyun 2012 15:26 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Vüsal Orucov prokurorluq işçisinə yaraşmayan və prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə, eyni zamanda “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin tələblərini kobud şəkildə pozduğuna görə Baş Prokurorluq üzrə 31 may 2012-ci il tarixli əmrlə prokurorluq orqanlarından xaric edilib.

Qeyd edək ki, prokuror Vüsal Orucov işdən çıxarılana qədər həbsdə olan jurnalist Əvəz Zeynallının cinayət işi üzrə dövlət ittihamını müdafiə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR