Oqtay Gülalıyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

Oqtay Gülalıyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb
# 07 iyun 2012 15:30 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Kür” Vətəndaş Cəmiyyəti qərargahının koordinatoru Oqtay Gülalıyevin barəsində olan cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Bu barədə APA-ya O. Gülalıyevin vəkili Yalçın İmanov məlumat verib. Y. İmanov hazırda vəkillərin cinayət işinin materialları ilə tanış olduqlarını deyib: “Tanışlıq mərhələsi başa çatandan sonra cinayət işinin materialları baxılması üçün məhkəməyə göndəriləcək”.

Qeyd edək ki, O. Gülalıyev Sabirabad rayonunun Minbaşı kəndinin bir qrup sakininin rayon Polis Şöbəsinə etdiyi müraciətlərindən sonra saxlanılıb. Kənd sakinləri polisə ünvanladığı şikayətdə bildiriblər ki, Oqtay Gülalıyev aprelin 8-də saat 13 radələrində kəndə gələrək onların ünvanına xoş olmayan ifadələr səsləndirib.

Ona qarşı Cinayət Məcəlləsinin 220.2-ci (kütləvi iğtişaş) maddəsi ilə ittiham irəli sürülüb. Sabirabad rayon Məhkəməsi O. Gülalıyevin barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR