Ombudsman ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkilini qəbul edib

Ombudsman ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkilini qəbul edib
# 07 iyun 2012 16:29 (UTC +04:00)
Bakı-APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinqi qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşün məqsədi ABŞ Dövlət Departamentinin bu gün dünya ölkələrində insan hüquqlarına dair verdiyi illik hesabatın təqdimatından və ABŞ səfirliyinin siyasi məsələlər üzrə yeni təyin olunmuş ikinci katibi cənab Jeff Khurgel ilə tanışlıqdan ibarət olub. E. Süleymanova qonağa insan hüquqlarının müdafiəsi istiqamətində görülmüş işlər, işgəncələr əleyhinə Milli Preventiv Mexanizm qrupunun fəaliyyəti, dövlət qurumları, vətəndaş cəmiyyəti, QHT-lər, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri haqqında məlumat verib.

Ombudsman ABŞ Dövlət Departamentinin hesabatının çox kəskin hazırlandığını, Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti tam həqiqətə uyğun əks etdirmədiyini və təhriflərə yol verildiyini qonağın diqqətinə çatdırıb. O, eyni zamanda qeyd edib ki, hesabatın Azərbaycan dilinə tərcümə edilmiş mətni təhlil olunaraq, həqiqətəuyğun iradlar olduqda nəzərə alınacaq. Qonaq səmimi qəbul və səmərəli fikir mübadiləsi üçün Müvəkkilə təşəkkür edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR