Quba rayonunda baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər ağır yaralanıb

Quba rayonunda baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər ağır yaralanıb
# 07 iyun 2012 19:10 (UTC +04:00)
Quba. Vəli Turan – APA. Bu gün Quba rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Quba-Qusar yolunun Qubanın Xucbala kəndi ərazisində keçən hissəsində qeydə alınıb. Quba rayon Xucbala kənd sakini, 23 yaşlı İmamquliyev Nicat Ağarəhim oğlu idarə etdiyi 10 BX 424 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomaşın idarəetməni itirərək aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. 1982-ci il təvəllüdlü Quba rayonu, Xucbala kənd sakini Əkbərov Aydın Firuddin oğlu ağır bədən xəsarətləri ilə Quba rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR