Xaçmazda 26 yaşlı gənc doğum günü qəzada dünyasını dəyişib

Xaçmazda 26 yaşlı gənc doğum günü qəzada dünyasını dəyişib
# 07 iyun 2012 21:48 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Xudat-Nabran yolunun 11-ci km-də baş verib. Xaçmaz şəhər sakini, 1986-cı il təvəllüdlü Əliyev Vüqar Axund oğlu idarə etdiyi “Mersedes” markalı 10 VM 164 dövlət nömrə nişanlı avtomaşın idarəetməni itirərək yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Zərbədən elektrik dirəyi iki hissəyə parçalanıb və maşının üzərinə düşüb. Sürücünü və sərnişini maşından çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xəsarət alan sürücü V.Əliyev və sərnişin 1987-ci il təvəllüdlü Xaçmaz şəhər sakini Qasımov Elgün Seyidbaba oğlu Xaçmaz rayon Xəstəxanasına çatdırılıb. E.Qasımov həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. Dünyasını dəyişən şəxsin iyunun 7-si doğum günü olub. V.Əliyevin də vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR