Azərbaycan səmasında görünmüş obyektin Rusiyadan atılmış «Topol» raketi olduğu məlum olub - VİDEO

Azərbaycan səmasında görünmüş obyektin Rusiyadan atılmış «Topol» raketi olduğu məlum olub - <font color=red>VİDEO</font>
# 07 iyun 2012 22:59 (UTC +04:00)
Bu barədə Rusiya müdafiə nazirliyinin nümayəndəsi Vadim Koval məlumat verib. Raketin sınağı Bakı vaxtı ilə saat 22.39-da həyata keçirilib. Raket Qazaxıstanın «Sarı Şaqan» poliqonundakı şərti hədəfi vurub. Həştərxan və Volqoqrad vilayətlərinin sakinləri ilk olaraq səmada hərəkət edən raketi görüblər. Daha sonra Azərbaycan, İsrail, Əfqanıstan, Livan və digər ölkələrin sakinləri bu hadisənin şahidi olublar. Bütün bu ölkələrdə söhbətin uçan naməlum obyekt və ya meteoritdən getdiyi güman edilib.

Xatırladaq ki, iyunun 7-də saat 22.50 radələrində Azərbaycanın bir sıra bölgələrinin, o cümlədən Bakının sakinləri səmada uçan obyekt gördüklərini iddia ediblər. Çox hündürdə olan obyekt qərbdən şərqə doğru hərəkət edib və 3 dəqiqə ərzində görünüb. Şahidlər bu müddət ərzində sanki partlayış baş verdiyini, həmin zaman səmanın süd rənginə büründüyünü bildirirlər. Obyektin sürəti yüksək olmayıb. Obyektin diametri gözlə 3-5 metr görünüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR