Bakıda dəhşətli qətl hadisələri baş verib

Bakıda dəhşətli qətl hadisələri baş verib
# 08 iyun 2012 07:09 (UTC +04:00)
Nərimanov Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisələrdən biri rayonun Daş Karxanası R. Xəlilov küçəsi ev 11, mənzil 56 ünvanında qeydə alınıb. Rayon sakini, 1975-ci il təvəllüdlü Nazim Feyzullayev bacısı, 1970-ci il təvəllüdlü Solmaz Feyzullayevanı qətlə yetirib.

Daha bir qətl hadisəsi paytaxtın Sabunçu rayonunun Balaxanı qəsəbəsində baş verib. Qəsəbənin mərkəzində yerləşən parkda, 1965-ci il təvəllüdlü Ağabala Nurəliyev kabab bişirən şişi dostu, 1955-ci il təvəllüdlü Rüstəm Məmmədovun ürəyinə sancıb. Nəticədə R. Məmmədov aldığı xəsarətdən dünyasını dəyişib.

Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR