Şəkidə küllü miqdarda narkotik tərkibli bitki məhv edilib

Şəkidə küllü miqdarda narkotik tərkibli bitki məhv edilib
# 08 iyun 2012 07:11 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Azərbaycanın Şəki rayonunda küllü miqdarda narkotik tərkibli bitki məhv edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon (şəhər) Polis Şöbəsinin (RŞPŞ) əməliyyat işləri üzrə rəis müavini Şaiq Əliyev məlumat verilib.
Ş. Əliyevin sözlərinə görə, Şəki RŞPŞ-nin əməkdaşları Şəki rayon ərazisində narkotik tərkibli bitkilərin yerinin aşkar edilərək məhv edilməsi istiqamətində “Xaş-xaş-2012” şərti adı altında əməliyyat tədbiri keçirib. Keçirilmiş tədbir nəticəsində rayonun Öyrət kənd inzibati ərazisinə məxsus 3 hektar sahədə ümumi sayı 164 min ədəd olan 16 ton 400 kq narkotik tərkibli bitki hesab edilən çətənə kolu yığılaraq yandırılma yolu ilə məhv edilib. Rayon ərazisində narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin aşkar edilərək məhv edilməsi istiqamətində əməliyyat tədbirləri davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR