Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun oğlu itkin düşüb

Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun oğlu itkin düşüb
# 08 iyun 2012 07:41 (UTC +04:00)
Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon sakini, 1965-ci il təvəllüdlü Xəlilov Seymur Fərhad oğlu dünən səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun itkin düşməsi barədə yaxınları hüquq-mühafizə orqanlarına məlumat veriblər. Daxil olan məlumat əsasında S. Xəlilovun axtarışlarına başlanıb.

Prokurorluqdan həmçinin bildirilib ki, itkin düşən S. Xəlilov xalq rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun oğludur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR