Kürdə batan əsgərin meyiti tapılıb

Kürdə batan əsgərin meyiti tapılıb
# 08 iyun 2012 09:16 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Kür çayında batan əsgərin meyiti tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 6-da Kür çayının Sabirabad rayonu, Muğan Gəncəli kəndindən keçən hissəsində (Salyan sularda xilasetmə məntəqəsindən 45 km aralıda, nəzarətsiz ərazidə) batmış, 1993-cü il təvəllüdlü Ramil Dilavər oğlu Cəbrayılovun axtarışları başa çatıb.

R. Cəbrayılovun cəsədi batdığı yerdən 100 m aralıda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Ramil Cəbrayılov bu ilin aprelində ordu sıralarına çağırılıb və xəstəliyi ilə əlaqədar 20 günlük evə buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR