Məhkəmə “Azəriqaz”ın Mədəniyyət və Turizm Nazirliyinə qarşı şikayətini təmin etməyib

Məhkəmə “Azəriqaz”ın Mədəniyyət və Turizm Nazirliyinə qarşı şikayətini təmin etməyib
# 08 iyun 2012 09:32 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, “Azəriqaz” qaz pulu borcunun ödənilməsi tələbi ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edib. İddiada borcun məbləği 54 min 181 manat 2 qəpik göstərilib. Lakin məhkəmə iddianı təmin etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR