Xızı rayon sakini bıçaqlanıb

Xızı rayon sakini bıçaqlanıb
# 08 iyun 2012 09:37 (UTC +04:00)
Xızı. Vəli Turan – APA. İyulun 8-də gecə saatlarında Xızı rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xızı rayon Giləzi kənd sakini, 27 yaşlı Məmmədov Ayaz Vəlican oğlu ağır vəziyyətdə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Tibb müəssisəsində ona sol diz oynağının arxa səthinin deşilmiş kəsilmiş yaraları diaqnozu qoyulub. A. Məmmədovu bıçaqlayan şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR