Azərbaycanda tikinti şirkətinin rəhbərini qətlə yetirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Azərbaycanda tikinti şirkətinin rəhbərini qətlə yetirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
# 08 iyun 2012 14:22 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azər-Ross” MTK-nın rəhbərini qətlə yetirməkdə təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hüquqları izah olunub. Prosesin baxış iclası iyunun 21-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən Sahil və Şamil Şamilov qardaşları, Fərman Hacıyev, Hümbət Məmmədov və Tofiq Bəkirov “Azər-Ross” MTK-nın rəhbəri Əflatun Piriyevi qətlə yetirməkdə, baş mühasib Əmiraslan Əhmədovu isə yaralamaqda təqsirli bilinirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR