Azərbaycan Ombudsmanı MTN-in istintaq təcridxanasına baxış keçirib

Azərbaycan Ombudsmanı MTN-in istintaq təcridxanasına baxış keçirib
# 08 iyun 2012 16:53 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Süleymanova orada saxlanılan şəxslərlə görüşüb, onların saxlanma şəraiti və vəziyyətini araşdırıb.

Söhbət zamanı həmin şəxslər tutulma zamanı heç bir zorakılığa məruz qalmadıqlarını, istintaq təcridxanasında saxlanma şəraiti və burada onlara qarşı rəftarla bağlı şikayətlərinin olmadığını, vaxtlı-vaxtında qida ilə təmin edildiklərini, müvafiq rejim üzrə gəzintiyə çıxarıldıqlarını bildiriblər.

Eyni zamanda istintaq təcridxanasının tibb məntəqəsinə baxış keçirilib, məntəqənin müasir tibbi avadanlıq və dərman preparatları ilə təchiz olunduğu müəyyən edilib.

Ərzaq anbarına baxış zamanı buradakı ərzaq məhsullarının keyfiyyətli, saxlanılma şəraitinin və istifadə müddətinin yararlı olduğu aşkarlanıb.

Təcridxananın kitabxanasının ədəbiyyatla təmin olunduğu və saxlanılan şəxslərin kitabxana fondundan istifadə etdikləri müəyyən edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR