Lənkəranın dağ kəndində elektrik dirəklərinin aşması tələfata səbəb olub

Lənkəranın dağ kəndində elektrik dirəklərinin aşması tələfata səbəb olub
# 08 iyun 2012 19:06 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranın ucqar yaşayış məntəqələrinin birində yararsız elektrik dirəklərinin aşması nəticəsində yerli sakinlərə məxsus 4 baş iribuynuzlu mal – qara tələf olub. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Təngivan kəndində qeydə alınıb. Belə ki, yerli sakinlərə məxsus 4 baş qaramal örüşdən geri qayıtmayıb. Bundan təşvişə düşən sakinlər axtarışa başlayıblar. Məlum olub ki, elektrik dirəkləri qaramalın üstünə aşmaqla onların ölümünə səbəb olub. Hadisə yerinə dərhal Lənkəran elektrik şəbəkəsinin qəza briqadası çağırılıb. Amma şəbəkənin əməkdaşları elə həmin köhnə, yararsız dirəkləri yerinə basdırıblar. Tələf olmuş mal – qaranı isə onlar öz maşınları ilə sürüyərək, ərazidən uzaqlaşıblar. Kənd bələdiyyəsinin sədri Kamal Hüseynov APA-nın yerli bürosuna açıqlamasında mövcud məsələ ilə bağlı elektrik şəbəkəsinin rəhbərliyi ilə razılaşdırıldığını və yerli sakinlərə dəymiş ziyanın onlar tərəfindən ödəniləcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR